FƏRQLİ ZÖVQLƏR ÜÇÜN FƏRQLİ DAD

Hər bir istehsal olunan məhsul xarici görünüşündən daha çox dadı ilə fərqlənir. Müəssisəmizdə istehsal olunan məhsullarda fərqli və keyfiyyətli dadı almaq üçün 1-ci növ xammal alışından əlavə, emal prosesinə də ciddi nəzarət olunur. Bu keyfiyyətin qalması üçün sonrakı qablaşma, saxlanma və satış proseslərinə də düzgün əməl edilir.

Satış yerlərində təklif olunan balıq və balıq məhsulları içərisindən istehlakçıların rahatlıqla seçdikləri “Dalğa”, ”Balıqçı”, ”Yelkən” brendləri uzun illərin əməyi nəticəsində tanınmışdır. 15 ildən artıqdır ki, bu istehsal prosesi davam etdirilməkdə və “fərqli dad”ı olan məhsullar emal olunmaqdadır.